Op.Dr. İlkin Mikayılzadə 1996–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsini bitirmiş, 2002–2003-cü illərdə Bakı Şəhər 2 saylı Klinik Xəstəxanasında internatura keçmişdir.
Peşəkar karyerası Qəbələ Rayon Mərkəzi Xəstəxanasında otorinolarinqoloq kimi başlamış, 2004–2005-ci illərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında Tibbi Xidmət Rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
2008-ci ildə Türkiyənin Ege Universiteti Klinikasının Qulaq-Burun-Boğaz bölümündə çalışmış, sonrakı illərdə İstanbulda Acıbadem Ataşehir Tibb Mərkəzi və Milanda VIP Hospital-da beynəlxalq klinik təcrübə qazanmışdır. 2018-ci ildən LOR Hospital-da fəaliyyətini davam etdirir.